Valyuta məzənnəsi
Xəbər lentİ

İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

12:16, 22.09.20
azerbaycan, siyaset
İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib.

Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Əlahəzrət, Əziz Qardaşım, Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Dostluq, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsi məmnunluq doğurur. Əminəm ki, güclü İslam həmrəyliyinə söykənən bu münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində müvəffəqiyyətlə genişlənəcək və möhkəmlənəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla