Valyuta məzənnəsi
Xəbər lentİ

Erməni əsgər fərarilik etdi

12:11, 22.09.20
azerbaycan, dunya
Erməni əsgər fərarilik etdi

Ermənistan ordusunun əsgəri fərarilik edib.

Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonu ərazisində yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin 105-ci əlahiddə atıcı alayının hərbi qulluqçusu xidmət şəraitinin dözülməzliyi səbəbindən hərbi hissəni özbaşına tərk edib.

Xeberpress.az erməni KİV-lərinə istinadla xəbər verir ki, Kəlbəcərin Vəngli yaşayış məntəqəsində xidmət edən 1979-cu il təvəllüdlü, 2019-cu ildə müqaviləli hərbi xidmətə başlayan kiçik çavuş Aleksey Avanesyan hərbi hissədəki dözülməz şəraitə etiraz əlaməti olaraq xidmət yerindən qaçıb.

Fərarilik edən əsgərin tapılaraq geri qaytarılması üçün hərbi polisin və hüquq-mühafizə orqanlarının iştirakı ilə tədbirlər görülür.

Faktla bağlı cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla