Valyuta məzənnəsi
Xəbər lentİ

Türkiyədə koronavirusdan sağalanların sayı artıb

10:48, 22.09.20
azerbaycan, dunya
Türkiyədə koronavirusdan sağalanların sayı artıb

Türkiyədə koronavirusdan sağalanların sayı 268 min nəfəri ötüb.

Türkiyədə son 24 saat ərzində daha 68 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Xeberpress.az-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 7 574 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 734 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 304 610 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 202 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 268 435 nəfər təşkil edir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla