Valyuta məzənnəsi
Xəbər lentİ

Bankların cəbhə bölgəsində özünüməşğulluğun iştirakçılarına aktivləri

10:57, 19.09.20
azerbaycan, iqtisadiyyat
Bankların cəbhə bölgəsində özünüməşğulluğun iştirakçılarına aktivləri

Banklar cəbhə bölgəsində özünüməşğulluq proqramının iştirakçılarına aktivlər təqdim edirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Banklar Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində banklar tərəfindən cəbhə bölgəsindən özünüməşğulluq proqramına cəlb edilən şəxslərə aktivlər təqdim edilir. Həmin ailələr üçün öz seçimlərinə uyğun olaraq heyvandarlıq sahəsi üzrə təsərrüfatlar qurulur.

Xeberpress.info bildirir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən xəbərə görə, ümumilikdə, respublika üzrə 312 nəfər proqram iştirakçısı seçdikləri fəaliyyət sahəsi üzrə kiçik bizneslərini qurmaq üçün banklar tərəfindən mal və materiallarla təmin edilib.

Qeyd edək ki, bu layihəyə ölkədə fəaliyyət göstərən 21 bank qoşulub. Əməkdaşlıq çərçivəsində 1000 nəfər proqram iştirakçısının banklar tərəfindən aktivlərlə təmin edilməsi nəzərdə tutulub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla