Yükləmə gedir gözləyin...
Rusiyada koronavirus qurbanlarının sayı artıb
Moskvada koronavirusdan ölənlərin sayı 5 044 nəfəri ötüb.
Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 11 nəfər ölüb.
Xeberpress.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 11 xəstə dünyasını dəyişib".
Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 5 044 nəfərə çatıb.
Oxşar xəbərlər: