Valyuta məzənnəsi
Xəbər lentİ

Mehriban Əliyeva Üzeyir Hacıbəylinin xatirəsini yad etdi

11:45, 18.09.20
azerbaycan, siyaset
Mehriban Əliyeva Üzeyir Hacıbəylinin xatirəsini yad etdi

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "instagram" səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edilib.

Xeberpress.az-ın məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində edilən paylaşımda qeyd edilir:

"Milli Musiqi Günü münasibətilə Azərbaycan musiqisinin qorunub saxlanılması, inkişaf etdirilməsi və dünyada tanıdılması naminə əlindən gələni əsirgəməyən hər kəsə səmimi təbriklərimi yetirir, onlara bu işdə böyük uğurlar və nailiyyətlər arzulayıram! Bu gün 135 illiyini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin əziz xatirəsini ehtiramla yad edirəm. Arzu edirəm ki, milli musiqimiz öz ənənələrini qoruyub saxlayaraq yeni səslərlə, yeni ifalarla və yanaşmalarla daim zənginləşsin!"

Mehriban Əliyeva Üzeyir Hacıbəylinin xatirəsini yad etdi

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla