Valyuta məzənnəsi
Xəbər lentİ

Biz daima azərbaycanlı qardaşlarımızın yanındayıq

11:55, 16.09.20
azerbaycan, siyaset
Biz daima azərbaycanlı qardaşlarımızın yanındayıq

Türkiyə Milli Müdafiə nazirinin müavini: Biz daima azərbaycanlı qardaşlarımızın yanındayıq.

Azərbaycan və Türkiyə deyərkən əlavə sözə ehtiyac yoxdur. Bizim üçün Azərbaycan deyəndə o dəqiqə ağıllarda “Bir millət, iki dövlət” kəlamı, Bakıdakı türk əsgərlərinin məzarı canlanır. Biz daim azərbaycanlı qardaşlarımızın yanındayıq. Ehtiyac yaranarsa, o cümlədən Qarabağ probleminin həllində Türkiyə bütün imkanları - hərbi texnikası və ordusu ilə hər zaman qardaş Azərbaycanın yanındadır.

Xeberpress.az bildirir ki, bu fikirləri müsahibəsində Türkiyə Milli Müdafiə nazirinin müavini Alpaslan Kavaklıoğlu ifadə edib.

Azərbaycanla Türkiyənin bütün imkanları dəyərləndirdiklərini bildirən nazir müavini deyib: “Biz Azərbaycanla birik, bərabərik və hər zaman qardaş ölkənin yanındayıq. Türkiyə olaraq bunu hər zaman bütün dünyaya açıq şəkildə bəyan edirik”.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla