Valyuta məzənnəsi
Xəbər lentİ

Nazirlik uşaq evinin şagirdlərinə noutbuklar hədiyyə edib

10:33, 16.09.20
azerbaycan, cemiyyet
Nazirlik uşaq evinin şagirdlərinə noutbuklar hədiyyə edib

Nazirlik uşaq evinin şagirdlərinə noutbuklar hədiyyə edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri 15 sentyabr - Bilik Günü münasibətilə 1 saylı uşaq evini ziyarət ediblər.

Xeberpress.az nazirliyin məlumatına istinadən bildirir ki, COVID-19 pandemiyası şəraitində təhsil müəssisələrində dərslərin onlayn formada təşkili ilə əlaqədar uşaq evinin məktəbli şagirdləri üçün noutbuklar hədiyyə edilib.

Uşaq evinin yüksək sürətli internetlə təmin edilməsi üçün “Baktelecom” şirkəti tərəfindən müvafiq işlərə başlanılıb.

Qeyd edək ki, daha əvvəl də nazirlik tərəfindən 1 saylı uşaq evinin məktəblilərinə kompüterlər hədiyyə olunub.

Həmçinin nazirliyin əməkdaşları "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin üzvləri ilə birlikdə evlərində internet xətti və kompüterinin olmaması səbəbindən distant təhsilə qatıla bilməyən şagirdlərə planşet və dərs ləvazimatları hədiyyə ediblər.

"Aztelekom" MMC tərəfindən şagirdlərin evlərinə telefon və rabitə xətti çəkilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla