Valyuta məzənnəsi
Xəbər lentİ

Hərbi qulluqçumuz düşmən gülləsindən yaralanıb

10:46, 15.09.20
azerbaycan, bolge
Hərbi qulluqçumuz düşmən gülləsindən yaralanıb

Ermənistanın növbəti təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb.

Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib.

Xeberpress.az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata göğrə, düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, onun həyatı üçün təhlükə yoxdur.

Bölmələrimizin cavab atəşi ilə düşmən susdurulub, əməliyyat şəraiti Ordumuzun nəzarəti altındadır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla