Valyuta məzənnəsi
Xəbər lentİ

Məşhur Bekhem ailəsi də koronavirusa yoluxub

09:55, 09.09.20
azerbaycan, maqazin
Məşhur Bekhem ailəsi də koronavirusa yoluxub

Məşhur Bekhem ailəsi də koronavirusa yoluxub.

Dünyaca məşhur dizayner Viktoriya Bekhem və həyat yoldaşı Devid Bekhemin koronavirusa yoluxduğu iddia edilib.

Xeberpress.az bildirir ki, bu barədə "The Sun" nəşrinə cütlüyə yaxın mənbələrdən biri məlumat verib.

Onun sözlərinə görə, cütlük mart ayında Los-Ancelesdə keçirilən şənlikdə infeksiyaya yoluxub. Simptomlar ilk olaraq Deviddə, daha sonra isə Viktoriyada özünü biruzə verib. Analiz verən məşhurların hər ikisinin cavabı müsbət çıxıb.

İngiltərənin Qlosterşir qraflığındakı malikanələrində özünü təcrid edən ər-arvad, hətta sürücülərini, cangüdənlərini, şirkətdəki işçilərini və qohumlarını da koronavirusa yoluxdurub.

Devid və Viktoriyanın qohumları iddia edir ki, onlar virus daşıyıcısı olduğu üçün bunu etiraf edə bilmirdilər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla