Valyuta məzənnəsi
Xəbər lentİ

Balaca gimnast Mina mükafatlandırıldı

11:44, 07.09.20
azerbaycan, idman
Balaca gimnast Mina mükafatlandırıldı

On yaşlı gimnast Mina Abbasova “Azerbaijan Golden Kids Awards 2020” mükafatına layiq görülüb.

Azərbaycan Könüllülər İctimai Birliyinin artıq 3-cü ildir ki, reallaşdırdığı “Azerbaijan Golden Kids Awards 2020" layihəsi bu dəfə öz mükafatlandırma mərasimini videoformatda keçirib.

Xeberpress.az xəbər verir ki, mükafatlandırılan istedadlı uşaqlar arasında ölkəmizi dünyanın bir çox beynəlxalq bədii gimnastika yarışlarında uğurla təmsil edən 10 yaşlı balaca gimnastımız Mina Abbasova da var. O, “Azərbaycanı xaricdə uğurla təmsil etdiyinə görə” nominasiyasına təltif olunub.

Azərbaycan Könüllər İctimai Birliyinin Mədəniyyət və incəsənət departamentinin sədri Ülviyyə Bəbirli bildirib ki, mükafatı balaca gimnastımıza Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının xarici əlaqələr üzrə prorektoru Təranə xanım Muradova təqdim edib.

Mina indiyə qədər dünyanın müxtəlif ölkələrində - Azərbaycan, Macarıstan, Polşa, İtaliya, Rumıniya, Almaniya, Sloveniya, Xorvatiya, Lüksemburq və digər ölkələrdə 42 medal (17 qızıl, 21 gümüş, 4 bürünc) qazanıb.

Onun ən böyük arzusu doğma Azərbaycanı dünya çempionatlarında və Olimpiya Oyunlarında uğurla təmsil etmək, üçrəngli bayrağımızı zirvələrə qaldırmaqdır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla