Valyuta məzənnəsi
Xəbər lentİ

Qarabağ üçüncü təsnifat mərhələsinə vəsiqə qazanıb

09:45, 27.08.20
azerbaycan, idman
Qarabağ üçüncü təsnifat mərhələsinə vəsiqə qazanıb

“Qarabağ” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə vəsiqə qazanıb.

UEFA Çempionlar Liqasının II seçmə mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Şerif” (Moldova) oyunu başa çatıb.

Xeberpress.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş “Qarabağ” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşün 22-ci dəqiqəsində ağdamlılar hesabı açıblar. Cərimə meydançasının daxilində Jayme Romeroya qarşı edilən kobudluq hakimin gözündən qaçmayıb. Penalti zərbəsini Uroş Matiç dəqiq yerinə yetirib. Qarşılaşmanın 37-ci dəqiqəsində Bədavi Hüseynova qarşı kobudluğa görə “Şerif”in hücumçusu Anatol Abanq qırmızı kart alaraq meydandan kənarlaşdırılıb.

Fasilədən sonra oyuna nəzarət edən ağdamlılar rəqibin qapısı qarşısında bir necə təlükəli vəziyyət yaradıblar.

Qarşılaşmanın 78-ci dəqiqəsində “Şerif” qollardan birinin əvəzini çıxıb. Moldova təmsilçisinin futbolçusu Frank Andersson Kastaneda fərqlənib.

Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişilməyib.

Beləliklə, “Qarabağ” klubu bu qələbə sayəsində UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb.

Ağdam təmsilçisinin növbəti mərhələdə potensial rəqibi “Seltik” (Şotlandiya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Ludoqorets” (Bolqarıstan), “Yanq Boyz” (İsveçrə) və “Srvena Zvezda” (Serbiya) klublarından biri olacaq.

Qeyd edək ki, “Qarabağ” klubu indiyədək “Şerif” ilə beş dəfə üz-üzə gəlib.

Ağdamlılar UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubunu (4:0), “Şerif” isə Lüksemburqun “Fola Eş” komandasını məğlub edib (2:0).

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla