Valyuta məzənnəsi
Xəbər lentİ

Sabiq deputat oğlunun toyu ilə bağlı məhkəməyə çağırıldı

12:42, 22.08.20
azerbaycan, cemiyyet
Sabiq deputat oğlunun toyu ilə bağlı məhkəməyə çağırıldı

Övladına xüsusi karantin rejimin zamanı toy məclisi təşkil edən sabiq deputat İlham Əliyev məhkəməyə çağırılıb.

Karantin rejimini pozaraq avqustun 18-də Novxanıda qızına toy edən sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron Rayon Məhkəməsinə gətirilib.

Qudalar İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə ittiham olunur.

Bu maddə ilə ittiham olunan şəxslərin təqsiri sübuta yetirilərsə, fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla