Valyuta məzənnəsi
Xəbər lentİ

Azərbaycan əsgəri, səninləyik!

11:58, 18.08.20
azerbaycan, bolge
Azərbaycan əsgəri, səninləyik!

“Azərbaycan əsgəri, səninləyik” aksiyası keçirilib.

“ASAN xidmət”in təşəbbüsü ilə 18 avqust - sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə “Azərbaycan əsgəri, səninləyik” sosial aksiyası keçirilib.

Xeberpress.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, sosial aksiya çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasında hərbi qulluqçulara sovqatlar təqdim olunub.

Həmçinin hərbi qulluqçulara “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlar tərəfindən ünvanlanmış məktublar çatdırılıb. Eyni zamanda, orada xüsusi “Əsgərə məktub” guşəsi yaradılıb və əsgərlər tərəfindən Silahlı Qüvvələrin digər bölmələrinə məktublar ünvanlanıb.

Tədbirin məqsədi Azərbaycan əsgərinə, o cümlədən sərhəd qoruyucularına daimi dəstəyi nümayiş etdirmək olub.

Aksiya “Azərsun Holdinq”in dəstəyi ilə həyata keçirilib.

“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə Məktub” layihəsi çərçivəsində şanlı Aprel döyüşlərində olduğu kimi hazırkı vəziyyətdə də xalqımızın birliyini simvolizə edən bütün məktublar cəbhə bölgəsində döyüşən əsgərlərimizə çatdırılır.

ASAN könüllüləri bu təşəbbüsün ölkəmizin qazanacağı böyük qələbəyə kiçik töhfə olacağına inanırlar.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla