Valyuta məzənnəsi

Azərbaycan Ankarada mükafatlandırdı

18:15, 11.08.20
azerbaycan, siyaset
Azərbaycan Ankarada mükafatlandırdı

Ankarada Azərbaycanın orden və medalının təqdimetmə mərasimi keçirilib.

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrıma və qrupun sabiq rəhbəri Necdət Ünivara Azərbaycan Respublikasının “Dostluq” ordeni, Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçuya isə “BDU-100” xatirə medalı təqdim olunub.

Xeberpress.az bildirir ki, bu münasibətlə Azərbaycanın Türkiyədəki səfirliyində təqdimetmə mərasimi təşkil olunub. Mükafatları Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov təqdim edib.

Mərasimdə rəsmi şəxslər, Türkiyə Böyük Millət Məclisinin deputatları, sabiq nazirlər və digər görkəmli şəxslər iştirak edib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla