Valyuta məzənnəsi

Prezident kürsüsü uğrunda mübarizə

10:55, 09.08.20
azerbaycan, siyaset
Prezident kürsüsü uğrunda mübarizə

Belarusda seçicilər sərbəst şəkildə öz səsvermə hüquqlarından istifadə edirlər.

Avqustun 9-da Belarusda prezident seçkiləri keçirilir. Azərbaycan parlamentinin bir qrup deputatı Belarusda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün artıq Minskə səfər edib.

Azərbaycan nümayəndə heyətinin tərkibində olan Milli Məclisin deputatı Arzu Nağıyev seçkilər barədə danışıb.

Onun sözlərinə görə, Belarusda 5 namizəd Prezident kürsüsü uğrunda mübarizə aparır. Maraqlı məqamdan biri ondan ibarətdir ki, hazırkı Prezident cənab Aleksandr Lukaşenko da bu seçki kampaniyasında iştirak edir:

"Seçki qanunvericiliyinə uyğun olaraq, Belarusda prezident seçkiləri iki mərhələdə keçirilir. Səsvermə seçki günündən 5 gün əvvəl başlayır və seçki gününə qədər (seçki günü də daxil olmaqla - red) davam edir. Bu vaxta qədər əhalinin 32 faizi seçkilərdə iştirak edib. Biz bu gün bir neçə seçki komissiyasında və məntəqələrdə olduq. Müşahidələrimiz göstərdi ki, seçicilər sərbəst şəkildə öz səsvermə hüquqlarından istifadə edirlər".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla