Valyuta məzənnəsi

İlham Əliyev sinqapurlu həmkarını təbrik etdi

15:51, 08.08.20
azerbaycan, siyaset
İlham Əliyev sinqapurlu həmkarını təbrik etdi

Prezident İlham Əliyev Sinqapurun dövlət başçısını təbrik etdi.

Prezident İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Həlimə Yaquba təbrik məktubu göndərib.

Xeberpress.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və dost Sinqapur xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Azərbaycan-Sinqapur münasibətlərinin bugünkü səviyyəsi və beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız məmnunluq doğurur.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim rifah diləyirəm".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla