Valyuta məzənnəsi

OQ karantinin yumşalması ilə bağlı brifinq keçirir

11:19, 08.08.20
azerbaycan, siyaset
OQ karantinin yumşalması ilə bağlı brifinq keçirir

Operativ Qərargah karantin rejimində yumşalmalarla bağlı brifinq keçirir.

Xeberpress.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirir.

Brifinqdə Operativ Qərargahın nümayəndələri - Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva və Azərbaycan İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf jurnalistləri maraqlandıran suallara cavab verib.

***

Mərhələ-mərhələ açılışlara getməliyik. Amma çalışaq, qaydalara riayət edək.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 8-də keçirdiyi mətbuat konfransında qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Y.Qarayeva qeyd edib ki, son həftələrdə Azərbaycanda yoluxanların sayı sağalanların sayından az olur: "Eyni zamanda, ölənlərin sayında da azalma müşahidə edilir. Bu, həkimlərin, tibb işçilərinin fəaliyyətinin nəticəsidir”.

Onun sözlərinə görə, bütün dünya ölkələri xəstəliklərin və yoluxmaların sayının az olmasını nəzərə almayaraq, yeni yoluxmalara hazırlaşır: "Biz bu gün açılışlara gedirik, və bu o deməkdir ki, qapalı sahələrdə bütün qaydalara riayət etməliyik. Bunun məsuliyyəti sahibkarların və bizim üzərimizə düşür. Bakının bu gün bütün yerlərində parklar var. Çalışaq eyni məkanlarda toplanmayaq. Hər bir vətəndaşımız özünü qorusa, dolayı yolla yoluxmaların sayını azaldacaq".


***

Yoluxma sayı artsa təbii ki, məcbur olaraq yenidən sərtləşdirilmiş rejimə gedəcəyik.

Əgər virusun yayılma sürətini aşağı salsaq yumşaldılmış karantin rejimi mümkün qədər uzun olacaq. Bu, da əlbəttə ki, ilk növbədə hər birimizdən asılıdır. Çünki ilk növbədə qaydalara əməl etsək, tibbi maska taxsaq, sosial məsafə saxlasaq virusun yayılma sürətini aşağı sala bilərik. Əgər bu olmasa, biz bu qaydalara riayət etməsək, yenidən alovlanma başlasa, yoluxma sayı artsa təbii ki, məcbur olaraq yenidən sərtləşdirilmiş rejimə gedəcəyik.

Bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın avqustun 8-də keçirilən brifinqində bildirib.

“Bu gün dünyada elə bir ölkə yoxdur ki, orada virusla mübarizə davam etməsin. Azərbaycan da daxil olmaqla, hələ ki, heç bir ölkədə virusa qalib gəlməyib. Yəni, virus bizim aramızdadır. Biz sərtləşdirilmiş karantin rejimi və insanların məsuliyyətli davranışı nəticəsində yoluxma sayını aşağı sala bilmişik. Əlbəttə ki, bu karantin rejimi hər birimiz üçün əziyyətlidir. Hər bir vətəndaşımız, hökumətimiz, sahibkarlarımız bundan əziyyət çəkirik. Lakin buna məcburuq. Birlikdə çalışıb əldə etdiyimiz nəticələri qorumalıyıq”,- deyə Şahmar Mövsümov vurğulayıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla