Valyuta məzənnəsi

Müəllimlərin işə qəbulunda 46 mindən çox namizəd

10:55, 03.08.20
azerbaycan, cemiyyet
Müəllimlərin işə qəbulunda 46 mindən çox namizəd

Bu il müəllimlərin işə qəbulu müsabiqəsində 46 mindən çox namizəd iştirak edəcək.

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən namizədlərin elektron ərizələrinin yoxlanılması başa çatıb.

Xeberpress.az bildirir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, müsabiqənin növbəti mərhələsində 46 mindən çox namizəd iştirak etmək hüququ qazanıb. Test imtahanının mərhələsi barədə məlumat yaxın günlərdə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, müsabiqəyə elektron sənəd qəbulu 16-25 iyul tarixlərində həyata keçirilib. Müsabiqədə iştirak etmək üçün 53 880 namizəd elektron qeydiyyatdan keçib, onlardan 51 227 namizəd elektron ərizəsini təsdiq edib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla