Valyuta məzənnəsi

4 868 aktiv xəstə xüsusi rejimli xəstəxanalarda

10:17, 03.08.20
azerbaycan, cemiyyet
4 868 aktiv xəstə xüsusi rejimli xəstəxanalarda

Azərbaycanda 286 nəfər koronavirusa yoluxub, 639 nəfər sağalıb, 8 nəfər ölüb.

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 286 yeni yoluxma faktı qeydə alınıb, 639 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Xeberpress.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 32 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 27 113 nəfər müalicə olunaraq sağalıb, 462 nəfər vəfat edib, 4 868 aktiv xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 727, ötən müddət ərzində isə ümumilikdə 783 963 test aparılıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla