Valyuta məzənnəsi
Xəbər lentİ

Təhsil Naziri kollektivə təqdim olundu

11:45, 28.07.20
azerbaycan, cemiyyet
Təhsil Naziri kollektivə təqdim olundu

Yeni təyin edilən Təhsil naziri Emin Əmrullayev kollektivə təqdim olunub.

Xeberpress.az-ın məlumatına görə, E.Əmrullayevin Prezident İlham Əliyev tərəfindən iyulun 27-də Təhsil naziri təyin edilib.

Naziri kollektivə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva təqdim edib.

Tədbirdə Təhsil nazirinin müavinləri Məhəbbət Vəliyeva, Firudin Qurbanov, İdris İsayev və şöbə müdirləri iştirak edib.

Xatırladaq ki, E.Əmrullayev 2013-cü ildə Təhsil Nazirliyi Təhsilin statistikası və keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri təyin edilib.

O, daha sonra Təhsul Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktoru vəzifələrində çalışıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla