Valyuta məzənnəsi

Gömrükçülər ödənişlərdən yayınma cəhdinin qarşısını alıb

12:15, 27.07.20
azerbaycan, bolge
Gömrükçülər ödənişlərdən yayınma cəhdinin qarşısını alıb

Gömrük ödənişlərindən yayınma cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları istifadəyə yararlı olan dəri yükünün istifadəyə yararsız dəri tullantıları kimi rəsmiləşdirilərək ixrac olunması və beləliklə də, gömrük ödənişlərindən yayınılması cəhdinin qarşısını alıblar.

Xeberpress.az-ın məlumatına görə, Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, “Mazımçay” gömrük postunda ölkəmizdən ixrac olunan “Lövhələr şəklində, rulonlarda olmayan dəri məmulatlarının istehsalı üçün yararsız təbii və ya kompozisiyalı dərinin kəsikləri və digər tullantıları” adlı yükü aparan “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Gömrük yoxlanılması zamanı müşayiət sənədlərinin arasında faktiki ixrac olunan yükə aid olmayan sənədlər aşkarlanıb. Həmçinin sənədlər arasında Mərkəzi Gömrük Ekspertizasının müvafiq rəyinin olmadığı da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Gömrükçülər ödənişlərdən yayınma cəhdinin qarşısını alıb

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla