Valyuta məzənnəsi

Zəhlə töküb aldıqlarını, heç gözləmirmiş kimi ədası - Esmira Naxçıvanlı

11:11, 23.07.20
azerbaycan, kose
Zəhlə töküb aldıqlarını, heç gözləmirmiş kimi ədası - Esmira Naxçıvanlı

Sevirəm də millətimi! Çayxanada oturanından tutmuş, ta ki, yüksək vəzifədə olan insanlarımıza qədər, hamımızda bir fitri istedad var. Misalçün, bu gün sadə bir insanımızı yüksək bir vəzifəyə təyin etsələr, dərhal heç bir çətinlik çəkmədən işgüzar fəaliyyətə başlayacaq, önəmli deyil, həmin vəzifəyə uyğundur, uygun deyil, həmin ixtisas üzrə savadı var yoxdur və ya həmin işi bacarar, yoxsa yox! Bu yəqin ki, daxildən gələn bir bacarıqdır, uşaqdan böyüyə kimi hamımızın daxilində bir hərşeyşünaslıq məktəbi var sanki, o məktəblə doğuluruq bu həyata. Hansı kresloya otursaq, həmin dəqiqə uyğunlaşırıq, kamilləşirik və həmin dəqiqə bütün işləri qaydasına salır, yoluna qoyuruq. Belə istedadlı bir millətik biz... Hə, bir də pulla alınmış saxta diplomlar var axı... bütün bağlı qapıları açan... hələ sonra da arsız-arsız savad, gözəl nitq, siyasi təcrübə axtarırıq...
Amma ehtiyatlı olmağımız da gərək bəzən, yeni təyin edilənlərə gərək nəzarət də olsun ki, yollarını azmasınlar, illər sonra vacib məqamlarda satqın, namərd çıxanda da, qatıqlayanda da qınamayaq, təəccüblənməyək, günahkar axtarmayaq, "bu indiyədək nə qayırırdı" qayğısı ilə baş sındırmayaq...
Həyatda biz daima arzusundayıq ki, hər yeni vəzifəyə gələn adamların qohum-əqrəbası, əhatəsi, ətrafı, arvad qohumları, habelə yeddi arxa dönəni "tox" olsun. O qədər yorulur ki, insan bu məmmədhüseynlərin, həsənağaların qohumlarından, onların mükafat hərisliyindən, zəhlə töküb zorla aldıqlarını,"heç gözləmirdim" ədası və başlığ ilə, saxta bir təbəssüm və sevinclə paylaşım etaplarından... illərdir ki, eyni təranə, eyni hüsran...
Xülasə, yəni ki, bütün bunlara son qoyulması üçün yeni eranı gözləməyimizmi gərəkir, yoxsa... Bir sözlə, bu dünyaya hansısa həsənağaların qənşərində gəlməyən kasıb, evsiz, sən gözünü dik ümidin qalan o bir Allaha! Ya verər, ya verməz!..

Təklif: Məhz kasıblara xidmət edəcək, vicdanlı bir qurum yaradılsın, zənginlər üçün zatən çoxdur!

ESMİRA NAXÇIVANLI

Xeberpress.az informasiya agentliyinin direktoru

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla