Valyuta məzənnəsi
Xəbər lentİ
 13:25  Sabahın HAVASI

Moskvada erməni təxribatının qarşısı alındı

15:58, 04.11.16
azerbaycan, hadise
Moskvada erməni təxribatının qarşısı alındı

Bu gün Moskvada Kreml meydanında "Xalqların Birliyi Günü" adlı parad keçirilib.

Xeberpress.az xəbər verir ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva üzrə rəhbəri Şamil Tağıyev APA-ya bildirib ki, paradda azərbaycanlılar fəal iştirak ediblər.

ÜAK, "Azərbaycan mədəniyyətinin inkişaf və intibah" Fondu və "Azərbaycan-Slavyan" Gənclər Assosiasiyasının qatıldığı paradda xeyli sayda Azərbaycan bayraqları, milli mədəniyyət nümunələri, Azərbaycanla bağlı şüarlar, o cümlədən "Qarabağ" ansamblının musiqi nömrələri nümayiş etdirilib.

Ş.Tağıyev bildirib ki, parad keçirilən vaxt bir qrup erməni separatçı Dağlıq Qarabağ rejiminin bayrağını nümayiş etdirməyə cəhd göstərib.

"Lakin azərbaycanlıların sərt reaksiyası nəticəsində polisin və Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən bunun qarşısı alınıb, qondarma qurumun bayrağı yığışdırıldı.

Rusiya Prezident Administrasiyasının paradda iştirak edən rəsmisi də separatçıların bayrağını nümayiş etdirənlərə narazılığını çatdırdı", - deyə Ş.Tağıyev qeyd edib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla