Valyuta məzənnəsi

Türkiyə vətəndaşları ordumuza dəstək oldular

11:28, 13.07.20
azerbaycan, siyaset
Türkiyə vətəndaşları ordumuza dəstək oldular

Türkiyə vətəndaşları Azərbaycan ordusuna dəstək oldular.

İyulun 12-də Ermənistan ordusu tərəfindən törədilən təxribatın qarşısını alan Azərbaycan ordusuna Türkiyə vətəndaşları "Twitter" sosial media şəbəkəsi vasitəsilə dəstək göstərirlər.

Xeberpress.az xəbər verir ki, Türkiyə vətəndaşları "Twiter"də yaratdıqları #SeninleyizAzerbaycan həştəqi ilə Azərbaycanın yanında olduqlarını nümayiş etdirirlər. Qeyd edilən həşteq ötən günün ikinci yarısından sonra "Twitter"də ən çox paylaşılanlar sırasına daxil olub.

Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi də təmas xəttindəki vəziyyətlə bağlı açıqlama yayıb. Açıqlamada Türkiyənin daim Azərbaycanın yanında olduğu qeyd olunur. Həmçinin törədilən təxribata görə Ermənistanı şiddətlə qınanılır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla