Valyuta məzənnəsi
Xəbər lentİ

Yoluxma sayı sutka ərzində 168 mini keçib

09:45, 09.07.20
azerbaycan, dunya
Yoluxma sayı sutka ərzində 168 mini keçib

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 168 mindən çox artıb.

Xeberpress.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyulun 8-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 168 957 nəfər yeni koronavirusa yoluxub, 4 147 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 11 669 259, ölənlərin isə 539 906 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 6 004 685 yoluxma və 268 828 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 827 789, ölənlərin sayı isə 201 255 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 1 204 698 yoluxma və 28 664 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla