Valyuta məzənnəsi

Yoluxanların sayı 203 mindən çox artdı

11:14, 06.07.20
azerbaycan, dunya
Yoluxanların sayı 203 mindən çox artdı

Koronavirusa yoluxanların sayı 203 mindən çox artıb.

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 203 mindən çox artıb.

Xeberpress.az bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyulun 5-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 203 836 nəfər yeni koronavirusa yoluxub, 5 195 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 11 125 245, ölənlərin isə 528 204 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 5 697 954 yoluxma və 262 538 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 774 221, ölənlərin sayı isə 199 879 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 1 153 157 yoluxma və 27 074 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla