Valyuta məzənnəsi
Xəbər lentİ

Prokurorluq orqanlarında yeni TƏYİNAT

13:17, 02.07.20
azerbaycan, cemiyyet
Prokurorluq orqanlarında yeni TƏYİNAT

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

Xeberpress.az bildirir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmrlər imzalayıb.

Baş prokurorun əmrləri ilə Mobil Şəfiyev və Mürvət Həsənov Bakı şəhər prokurorunun müavinləri vəzifəsinə təyin ediliblər.

Baş prokurorun imzaladığı digər əmrlərlə Şəbnəm İbrahimova və Famil Axundov Bakı şəhər prokurorunun köməkçiləri təyin olunub.

Bundan başqa, Sabirabad rayon prokuroru Pərvin Quliyev tutduğu vəzifədən azad edilərək Bakı şəhər prokurorluğunda Daxili işlər orqanlarına nəzarət şöbəsinin rəisi təyin edilib.

Kamran Əliyevin imzaladığı digər əmrlərlə Rövşən Əliyev Bakı şəhər prokurorluğunda Daxili Araşdırmalar İdarəsinin rəisi, Günay Eyyubova isə Baş Prokurorluğun Hüquqi Təminat İdarəsinin rəis müavini vəzifələrinə təyin ediliblər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla