Valyuta məzənnəsi
Xəbər lentİ

Ağac kəsənlər polisə verildi

11:47, 02.07.20
azerbaycan, cemiyyet
Ağac kəsənlər polisə verildi

Ağac kəsənlərlə bağlı tədbir görülməsi üçün polisə müraciət olunub.

Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları İsmayıllı rayonunun Qalıncaq meşəbəyliyinin 4 saylı dolayında beş fıstıq ağacının kəsilməsi faktını aşkarlayıblar.

Xeberpress.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, faktla bağlı akt tərtib edilib. Təqsirkarların müəyyən olunması və barələrində qanunauyğun tədbirlərin görülməsi üçün İsmayıllı Rayon Polis Şöbəsinə müraciət olunub.

Nazirlik Qalıncaq kəndinin sakinlərinə, kəndin icra nümayəndəliyi və bələdiyyəsinə müraciət edir ki, meşələrə bu cür münasibət bəsləyənlərə qarşı sərt mövqe tutsun, biganə qalmasın, qınasın və meşələrin mühafizə olunmasına kömək etsinlər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla