Valyuta məzənnəsi
Xəbər lentİ

7 831 nəfər xüsusi rejimli xəstəxanalarda

11:09, 02.07.20
azerbaycan, cemiyyet
7 831 nəfər xüsusi rejimli xəstəxanalarda

Azərbaycanda 588 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Xeberpress.az bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər isə vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 18 112 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 061 nəfər müalicə olunaraq sağalıb, 220 nəfər vəfat edib, 7 831 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 682, ötən müddət ərzində isə ümumilikdə 488 852 test aparılıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla