Valyuta məzənnəsi

186 jurnalist koronavirusdan vəfat edib

12:32, 01.07.20
azerbaycan, dunya
186 jurnalist koronavirusdan vəfat edib

Dünyada 186 jurnalist koronavirus səbəbindən həyatını itirib.

Son dörd ay ərzində 35 ölkədə azı 186 jurnalist koronavirus səbəbindən həyatını itirib.

Xarici KİV-lər xəbər verir ki, bu barədə məlumat “Press Emblem Campaign” qeyri-hökumət təşkilatının Cenevrədə dərc olunan hesabatında yer alıb.

İyun ayında COVID-19 infeksiyası səbəbindən ölən jurnalistlərin sayı 59 nəfər təşkil edib. Təşkilat qeyd edir ki, bəzi ölkələrdə pandemiya ilə bağlı statistikanın tam olmadığı və ölənlərin hamısı koronavirus testindən keçirilmədiyi üçün onların sayı daha çox ola bilər.

Bu göstəriciyə görə Latın Amerikası ölkələri liderlik edir. Burada 93 KİV əməkdaşı COVID-19 infeksiyasının qurbanı olub. Sonrakı yerlərdə Asiya (34), Avropa (26), Afrika (19) və Şimali Amerika (14) ölkələri qərarlaşır.

Jurnalistlər arasında ən çox ölüm halları Peruda qeydə alınıb – 37 nəfər. “Press Emblem Campaign” təşkilatının siyahısında ölkələr üzrə növbəti yerləri Braziliya (16), Meksika (14), ABŞ (13), Ekvador (12), Pakistan (10), Banqladeş (9), Hindistan (9), Nigeriya (8), Böyük Britaniya (7), Boliviya (5), Rusiya (5), Nikaraqua (4) və Fransa (4) tutur. Bundan başqa mətbuat işçiləri arasında ölüm halları Dominikan Respublikası, İspaniya, İtaliya və Kamerunda da baş verib.

Təşkilatın məlumatına görə, 2020-ci ilin ilk altı ayı ərzində dünyanın 18 ölkəsində 33 jurnalist qətlə yetirilib. KİV nümayəndələri üçün ən təhlükəli ölkə Meksika sayılır.

Qeyd edək ki, 2004-cü ildə təsis olunan “Press Emblem Campaign” BMT yanında məsləhətçi statusuna malikdir. Qurumun məruzələri BMT-nin, mətbuatın və qeyri-hökumət təşkilatlarının məlumatları əsasında hazırlanır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla