Valyuta məzənnəsi

İyul ayının HAVASI

09:55, 01.07.20
azerbaycan, cemiyyet
İyul ayının HAVASI

İyul ayına gözlənilən hava proqnozu açıqlanıb.

Xeberpress.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan 1-2° yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər az olacaq.

Bakıda və Abşeron yarımadasında iyul ayının birinci ongünlüyündə hava şəraitinin mülayim, isti keçəcəyi, cənub küləyinin üstünlük təşkil edəcəyi gözlənilir. Havanın orta aylıq temperaturu 27-29° isti olacaq. Bu da iqlim normasına yaxın və 2° yüksəkdir. Temperaturun gecələr 22-27°, gündüzlər 29-34°, bəzi günlərdə 37-40° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 2-3 millimetr) ehtimal edilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 26-29° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Havanın temperaturunun gecələr 20-25°, gündüzlər 31-36°, bəzi günlərdə 38-43° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-16 millimetr) olacağı bildirilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 19-23° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Havanın temperaturu gecələr 15-20°, gündüzlər 22-27°, bəzi günlərdə 30-33° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 36-73 millimetr) gözlənilir.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 26-28° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2° yüksəkdir. Havanın temperaturunun gecələr 21-26°, gündüzlər 30-35°, bəzi günlərdə 38-40° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 10-32 millimetr) olacağı ehtimalı var.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperatur 23-26° isti olacaq. Bu da iqlim normasına yaxın və 1-2° yüksəkdir. Havanın temperaturunun gecələr 18-23°, gündüzlər 28-33°, bəzi günlərdə 35-38° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 9-118 millimetr) proqnozlaşdırılır.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 27-30° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2° yüksəkdir. Havanın temperaturunun gecələr 23-28°, gündüzlər 31-36°, bəzi günlərdə 38-43° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 3-22 millimetr) olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 24-27° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Havanın temperaturunun gecələr 20-25°, gündüzlər 29-34°, bəzi günlərdə 36-38° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 7-33 millimetr) ehtimal edilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla