Valyuta məzənnəsi

Azərbaycan Könüllülərinin kreativ aksiyası

16:00, 29.06.20
azerbaycan, bolge
Azərbaycan Könüllülərinin kreativ aksiyası

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) çətiri altında fəaliyyət göstərən Azərbaycan könüllüləri yeni növ koronavirus (COVİD-19) pandemiyası şəraitində Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük!” şüarı altında növbəti kreativ aksiya keçiriblər.

Xeberpress.az-ın məlumatına görə, Azərbaycan Gənclər Fondundan bildirilib ki, koronavirus infeksiyasından qorunma məqsədilə karantin rejiminin tələblərinə uyğun olaraq ictimai yerlərdə sosial məsafənin təmin olunması ilə bağlı şifahi şəkildə aparılan maarifləndirmənin səmərəli olduğu, lakin xüsusi karantin rejimi şəraitində hər bir fərdi vətəndaşı əhatə etməyin mümkün olmadığını nəzərə alan könüllülər parklarda, yeraltı keçidlərin qarşısında və səkilərdə ara məsafəsinin qorunmasının vacibliyini xatırladan xüsusi istiqamətverici işarələrlə hamını məsafə saxlamağa və bir-birimizi infeksiyaya yoluxmaqdan qorumağa dəvət ediblər.

Aksiyanın özəlliyi ondan ibarətdir ki, könüllülərin həmin ərazidə daim olmasını və hər bir şəxslə ayrıca maarifləndirici söhbət aparmasını zəruri etmir. Vətəndaşlar yerdə çəkilən işarələrlə xatırlatma alır, bu işarələrlə hərəkət etməklə sosial məsafəni qoruyur və infeksiyanın yayılmasının qarşısını almağa töhfə vermiş olurlar.

Təqdirəlayiq haldır ki, aksiyada iştirak edən könüllülər karantin rejiminin qaydalarına tam riayət edərək, öz fəaliyyətlərini yaşayış yerlərinə yaxın ərazidə, sms icazə sisteminin yaratdığı 2 saatlıq açıq havada olma hüququndan istifadə etməklə həyata keçiriblər.
Bu aksiya hazırda ölkəmizin Balakən, Zaqatala, Qəbələ, Göygöl, Goranboy, Saatlı, Şamaxı, Tərtər rayonlarında başlayıb və respublikanın digər rayon və şəhərlərini də əhatə etməsi nəzərdə tutulur.

Azərbaycan Könüllülərinin kreativ aksiyası
Azərbaycan Könüllülərinin kreativ aksiyası
Azərbaycan Könüllülərinin kreativ aksiyası

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla