Valyuta məzənnəsi

Ermənistanda yoluxma sayı artıb

11:27, 29.06.20
azerbaycan, dunya
Ermənistanda yoluxma sayı artıb

Ermənistanda koronavirusa yoluxanların sayı 25 127 nəfərə çatıb.

Erməni KİV-lərinin məlumatına görə, son sutka ərzində 482 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 433 nəfər koronavirusdan ölüb, 11 397 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla