Valyuta məzənnəsi

Nehrəm sakinləri keyfiyyətli içməli su ilə təmin olunacaq

11:33, 24.06.20
azerbaycan, bolge
Nehrəm sakinləri keyfiyyətli içməli su ilə təmin olunacaq

Nehrəm qəsəbəsi və Araz kəndində içməli su və kanalizasiya xətlərinin tikintisi davam etdirilir.

Muxtar respublikada “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində 2020-ci ilin yanvar-may aylarında 26,8 kilometr su, 15,1 kilometr kanalizasiya xətti çəkilib.

Xeberpress.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, hazırda bu layihə Babək rayonunun Nehrəm qəsəbəsi və Araz kəndində davam etdirilir. Layihə çərçivəsində həmin kəndlərdə, ümumilikdə, 84,8 kilometr uzunluğunda su xətti, 60,5 kilometr kanalizasiya xətti çəkilib, 2755 evə su birləşməsi və 788 evə kanalizasiya bağlantısı aparılıb. Tikinti işləri aparılarkən keyfiyyətə xüsusi diqqət yetirilir.

Tikinti işlərinin icrası başa çatdıqdan sonra Nehrəm qəsəbəsi və Araz kəndinin su təchizatındakı problemlər tamamilə aradan qaldırılacaq və 17 mindən artıq sakin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunacaq. Əhalinin sosial rifah halının yüksəlməsinə hesablanmış içməli su və kanalizasiya layihələrinin vaxtında və keyfiyyətlə icrası məqsədilə görülən işlər bundan sonra da davam etdiriləcək.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla