Valyuta məzənnəsi

Külli miqdarda narkotik vasitə aşkarlandı

10:36, 24.06.20
azerbaycan, hadise
Külli miqdarda narkotik vasitə aşkarlandı

Balakəndə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Xeberpress.az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Cavid Dibirov daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbirlər nəticəsində saxlanılıb. Onun üzərində axtarış aparılarkən 13 qram qurudulmuş marixuana aşkarlanıb.

Davam etdirilən əməliyyat tədbirləri ilə Gərəkli kəndinin ərazisindən axan çay kənarındakı kolların arasında C.Dibirovun gizlətdiyi sintetik torbada 6 kiloqramdan artıq qurudulmuş marixuana da aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla