Valyuta məzənnəsi
Xəbər lentİ
 13:02  Sabahın HAVASI

AZTV-nin 60 yaşı tamam oldu

09:55, 04.11.16
azerbaycan, maqazin
AZTV-nin 60 yaşı tamam oldu

Heydər Əliyev Sarayında Azərbaycan Radiosunun 90 və Azərbaycan Televiziyasının 60 illiyinə həsr olunan təntənəli yubiley mərasimi keçirilib.

Xeberpress.az-ın məlumatına görə, tədbir xalq çalğı alətləri orkestrinin ifasında “Radio marşı” ilə başlayıb. Daha sonra isə ulu öndər Heydər Əliyevin Azərbaycan Radiosu və Televiziyasının yubileyində iştirakı zamanı çıxışından bir hissə nümayiş etdirilib.

Dövlət xadimləri, deputatlar, media nümayəndələri, ictimaiyyətin təmsilçilərinin iştirak etdiyi mərasimdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək, cəmiyyətin informasiya tələbatının ödənilməsi, xalqın maarifləndirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi kimi mühüm məsələlərdə teleradionun rolundan söz açıb.

Daha sonra Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestrinin ifasında “Koroğlu” operasından uvertüra səsləndirilib.Tədbirdə həmçinin Azərbaycan radiosunun fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib və televiziya kanallarının nümayəndələri öz təbriklərini çatdırıblar.

Musiqili hissədə isə korifey sənətkarlarının ifalarından, həmçinin məşhur tamaşalardan parçalar nümayiş etdirilib. Bununla yanaşı, tanınmış sənətçilər öz ifalarını səsləndiriblər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla