Valyuta məzənnəsi

Karantin bitəndə “Sabah”la “Qarabağ” ın oyunu olacaq

12:40, 09.06.20
azerbaycan, idman
Karantin bitəndə “Sabah”la “Qarabağ” ın oyunu olacaq

Karantindən sonra Azərbaycanda ilk futbol matçı keçiriləcək.

Azərbaycan Premyer Liqası karantinə görə dayandırılandan sonra ilk futbol matçı keçiriləcək.

Xeberpress.az bildirir ki, bu barədə “Qarabağ” futbol klubunun mətbuat xidmətindən məlumat verilib.

İlk matç “Sabah”la “Qarabağ” arasında hazırlıq oyunu olacaq.

Masazırdakı yoxlama matçı bu gün saat 19:30-da başlayacaq və “CBC Sport”la canlı yayımlanacaq. Sabah isə 3 yoxlama qarşılaşması birdən keçiriləcək.

Bunlar “Neftçi” – “Keşlə”, “Zirə” – “Səbail” və “Sumqayıt” – “Qəbələ” görüşləridi.

Xatırladaq ki, martın 8-dən məcburi fasiləyə yollanan Premyer Liqamızın iyunun 21-də XXI turla davam etməsi nəzərdə tutulub.

Yoxlama matçı
9 iyun
19:30. “Sabah” – “Qarabağ”
Bakı. “Bank Respublika Arena” stadionu

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla