Valyuta məzənnəsi

Tədris ilinin sonunadək bütün təhsil müəssisələrində tədris dayandırılıb

17:41, 02.06.20
azerbaycan, cemiyyet
Tədris ilinin sonunadək bütün təhsil müəssisələrində tədris dayandırılıb

Tədris ilinin sonunadək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb.

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə” sərəncam verib.

Xeberpress.az-in məlumatına görə, sərəncama əsasən, qanunvericiliklə müəyyən edilmiş xüsusi karantin rejiminin qaydalarına riayət olunmaqla, təhsilalanların qiymətləndirilməsi (attestasiyası), uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu ilə bağlı imtahan və müsahibələr, müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu, tədris və təlim-tərbiyə prosesi ilə birbaşa əlaqəsi olmayan digər tədbirlər istisna olmaqla, 2019-2020-ci tədris ilinin sonunadək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılsın və bununla bağlı bütün tədbirlər təxirə salınıb.

Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər sərəncamın icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etməlidirlər.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla