Valyuta məzənnəsi

Daha 257 nəfər koronavirusa yoluxdu, 3 nəfər vəfat etdi

17:30, 30.05.20
azerbaycan, cemiyyet
Daha 257 nəfər koronavirusa yoluxdu, 3 nəfər vəfat etdi

Azərbaycanda koronavirusa daha 257 yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb.

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 257 yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Xeberpress.info bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948-ci, 1953-cü və 1957-ci il təvəllüdlü üç nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 5246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3327 nəfər müalicə olunaraq sağalıb, 61 nəfər vəfat edib, 1858 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 58 nəfərin vəziyyəti ağır, 68 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 294.264 test aparılıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla