Valyuta məzənnəsi
Xəbər lentİ

Özünü müxalifət adlandıran bu radikal ünsürlər... - Deputat

14:55, 07.04.20
azerbaycan, siyaset
Özünü müxalifət adlandıran bu radikal ünsürlər... - Deputat

"Milli Şuranın dezinformasiya yayması onları bir daha xalqın gözündən salır."

“Bu gün dünyada milyardlarla insanın adi həyat və məişətini şəraitini tamamilə dəyişdirən koronavirus pandemiyası sürətlə alovlanmaqda davam edir. Bu gün dünya kütləvi informasiya vasitələrinin xəbərləri demək olar ki, yalnız bir mövzuya həsr olunub. “Pandemiya” Hər gün yüzlərlə yeni ölümlər və yoluxma xəbərləri gəlir. Bu isə bütün bəşəriyyəti sarsıdır və kədərləndirir”.

Xeberpress.az bildirir ki, bunu Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Onun sözlərinə görə, həmrəylik və birliyin bu bəlaya qarşı yeganə silah olduğunu artıq hamı dərk etməyə başlayır: “Lakin ölkəmizdəki “milli şura” adlandırılan bir qrup ünsürlər Azərbaycanda formalaşan bu birliyi, xalq-dövlət həmrəyliyini parçalamaq üçün yollar axtararaq şər-böhtan kampaniyaları ilə beşinci kalon olaraq təxribatlar törətməyə çalışırlar. Ölkəmizdəki beşinci kolonun “virusları” bu gün baş verən ağır situasiyanın çox ciddi məsələ olduğunu başa düşmək istəmirlər. Həmçinin bu pandemiya bəlası xalqımızın, genofondumuzun sağlamlığı və dövlətimizin milli təhlükəsizliyi məsələsidir. Olar üçün vətən, xalq, dövlət anlayışı yoxdur. Özünü müxalifət adlandıran bu radikal ünsürlərdən ibarət “milli şura” rəhbərləri iddia edirlər ki, guya Azərbaycan hökuməti koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədi ilə tətbiq edilən ciddi karantin rejimindən siyasi rəqiblərinə qarşı istifadə edir. Dövlətin vətəndaşlarının sağlamlığını qoruması üçün atığı addımların onlar tərəfindən bu cür dəyərləndirilməsi olduqca absurd, gülünc və bir o qədər də qərəzli iddialardır”.

İ.Məmmədov bildirib ki, belə ağır günlərdə absurd iddialarla, dezinformasiya yaymaq radikalları xalqın gözündən daha da salır: “Azərbaycan xalqının tarixin qaranlıq səhifələrinə çoxdan atdığı belə radikal ünsürləri necə dövlətimizə rəqib hesab etmək olar? Sadəcə, artıq güclü və qüdrətli, hüququn, aliliyinin, vətəndaş-iqtidar birliyinin, ümummilli həmrəyliyin yarandığı Azərbaycanımıza bundan sonra kiminsə əl uzadaraq qarışdırmasına xalq özü imkan verməz. Bu gün Azərbaycan dövlətinin, onun Prezidentinin yalnız bir qayğısı var ki, o da bəşəriyyətə müharibə elan etmiş COVID-19 pandemiyasi ilə mübarizədə xalqımızı və dövlətimizi az itki ilə çıxarmaqdır. Prezident xalqının dəstəyi ilə bu çətin işin öhdəsindən də gələcək və dövlətimiz hazırki ağır situasiyadan üzü ağ çıxacaq. Bu mübarizədə yeganə silahımız isə həmrəyliyimiz və birliyimizdir. Həmin radikal ünsürlər unutmasın ki, bu gün aparılan hüquqi-siyasi və iqtisadi islahatlar dövlətimizi, xalqımızı gücləndirir və bu islahatlar davam edəcək. Daha güclü və qüdrətli Azərbaycan naminə xalqımız daima dövləti və Prezidenti ilə həmrəy olacaq!”.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla