Valyuta məzənnəsi

Bakıda mütəmadi dezinfeksiya işləri aparılır

11:43, 26.03.20
azerbaycan, cemiyyet
Bakıda mütəmadi dezinfeksiya işləri aparılır

Bakıda gündə iki dəfədən az olmayaraq dezinfeksiya işləri aparılır.

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən paytaxtda insanların sıx toplaşdığı ərazilərdə gün ərzində iki dəfədən az olmayaraq dezinfeksiya işləri həyata keçirilir.

Xeberpress.az bildirir ki, İcra Hakimiyyətindən verilən məlumata görə, koronavirus pandemiyasının Azərbaycanda yayılmaması məqsədilə ölkə ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Bura parklar, uşaq meydançaları, inzibati binalar ilə yanaşı, insanların sıx toplaşdığı ərazilər də daxildir. Bu ərazilərdə oturacaqlar, səkilərdən tutmuş hər bir yer gün ərzində iki dəfədən az olmayaraq dezinfeksiya edilir.

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən paytaxt üzrə dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib, gücləndirilmiş iş rejiminə keçirilib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı virusun yayılmaması üçün hər kəsə zərurət olmadığı halda evdən çölə çıxmamağı tövsiyə edir. Əhaliyə evlərini tərk etməmək və kütləvi yerlərdə toplaşmamaq tövsiyə olunur.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla