Valyuta məzənnəsi

Azərbaycanda 2914 nəfər karantində

10:58, 26.03.20
azerbaycan, cemiyyet
Azərbaycanda 2914 nəfər karantində

Azərbaycanda karantində 2914 nəfər var.

Azərbaycanda koronavirua infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 2 914 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər davam edir.

Xeberpress.az bildirir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

Bildirilib ki, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 81 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 3 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla