Valyuta məzənnəsi

Sabah da isti olacaq - HAVA

13:56, 25.03.20
azerbaycan, cemiyyet
Sabah da isti olacaq - HAVA

Azərbaycanda sabaha gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

Xeberpress.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə duman olacaq, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8° isti, gündüz 12-16° isti, Bakıda gecə 6-8° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək - 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla