Valyuta məzənnəsi

Azərbaycanlı iş adamı da koronavirusla mübarizəyə qoşuldu

11:06, 24.03.20
azerbaycan, cemiyyet
Azərbaycanlı iş adamı da koronavirusla mübarizəyə qoşuldu

Azərbaycanlı iş adamı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb.

Avstriyanın paytaxtı Vyana şəhərində fəaliyyət göstərən “Ritz” un və qənnadı məhsulları şirkəti 10 min avro vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Xeberpress.az xəbər verir ki, Şirkətin rəhbəri, azərbaycanlı iş adamı Rəvan Hüseynov AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində bildirib ki, koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin tapşırığı əsasında, hökumətin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirir və hazırda Vətəndən uzaqda olsa da, koronavirusa qarşı ölkəmizdə görülən işləri və qətiyyətli addımları yaxından izləyir.

Dövlətimizin başçısının Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasından xəbər tutan R.Hüseynov bu humanist və nəcib aksiyaya öz töhfəsini vermək qərarına gəlib və qeyd edilən vəsaiti Fondun hesabına köçürüb. O, xaricdə yaşayan iş adamları və imkanlı soydaşlarımızı öz könüllü yardımları ilə dövlətimizin koronavirusla mübarizədə fəaliyyətini dəstəkləməyə çağırıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla