Valyuta məzənnəsi

“Azərsun Holdinq” koronavirusla mübarizəyə 2 milyon ayırdı

10:45, 24.03.20
azerbaycan, cemiyyet
“Azərsun Holdinq” koronavirusla mübarizəyə 2 milyon ayırdı

“Azərsun Holdinq” koronavirusla mübarizəyə 2 milyon manat bağışladı.

Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan “Azərsun Holdinq” Şirkətlər Qrupu ölkə başçsı cənab İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 2 milyon manat vəsait köçürüb.

Şirkətlər Qrupuna məxsus Azərbaycan Sənaye Bankı da Prezidentin çağırışına səs verərək Fondun hesabına 250 min manat ianə edib.

Qeyd edək ki, bütün dünyada yayılmış koronavirus infeksiya ilə mübarizə çərçivəsində ölkəmizdə elan olunmuş xüsusi rejimin bütün tələblərinə riayət edilərək “Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərəm bütün istehsal müəssisələri, satış və təminat bölmələri, Şirkətlər Qrupuna daxil olan pərakəndə satış şəbəkələri tam qüvvəsi ilə fəaliyyətini davam etdirir. “Azərsun Holdinq” bu xüsusi günlərdə ərzaq təhlükəsizliyinin təmin edilməsində heç bir problemin olmayacağına və qida məhsulları qıtlığının yaşanmayacağına təminat verir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla