Valyuta məzənnəsi

Olimpiada-2020-nin tarixi dəyişildi

10:23, 24.03.20
azerbaycan, idman
Olimpiada-2020-nin tarixi dəyişildi

Olimpiada-2020-nin vaxtı dəyişdirildi.

Beynəlxalq Olimpiya Komitəsinin üzvü Dik Paund Beynəlxalq Olimpiya Komitəsinin 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiadasının digər tarixlərə keçiriləcəyini bildirib.

Daha əvvəl Avstraliya və Kanadanın milli olimpiya komitələri ölkələrinin 2020-ci ildə Tokiodakı Olimpiya oyunlarında iştirak etməmələri barədə qərar qəbul ediblər.

"BOK-da olan məlumata əsasən, təxirə salınma haqqında qərar qəbul edilib. Əlavə addımlar hələ müəyyənləşdirilməyib, amma oyunların iyulun 24-də başlamayacağını dəqiq bilirəm", - D.Paund "USA TODAY Sports" portalında deyib.

Xatırladaq ki, Tokio Olimpiadası iyulun 24-dən avqustun 9-dək keçirilməli idi.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla