Valyuta məzənnəsi

Yevlaxda koronavirus əleyinə tədbirlər gücləndirildi

11:32, 23.03.20
azerbaycan, bolge
Yevlaxda koronavirus əleyinə tədbirlər gücləndirildi

Yevlaxda koronavirus əleyinə tədbirlər gücləndirildi.

Yevlax Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə koronavirus (COVİD - 19) infeksiyasının rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə şəhərin kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib.

Xeberpress.az xəbər verir ki, xidmətin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq Yevlaxda dezinfeksiya tədbirlərinin həyata keçirilməsi gücləndirilib. Mütəmadi olaraq şəhərin Heydər Əliyev, Nizami, Bakı prospektləri, Ceyhun Mustafayev, Füzuli, Səməd Vurğun küçələri xüsusi maddələrlə yuyulur.

Şəhərin Qanboy Quliyev, Cəfər Cabbarlı, Hüsü Hacıyev küçələrindəki, Nizami prospektindəki binaların ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, məişət tullantılarının atıldığı konteyner meydançalarında, məhəllələrdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər və əhali arasında maarifləndirmə işləri aparılır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla