Valyuta məzənnəsi

Dünyada koronavirusa yoluxanların sayı 292 142 nəfəri ötüb

10:32, 23.03.20
azerbaycan, dunya
Dünyada koronavirusa yoluxanların sayı 292 142 nəfəri ötüb

Dünyada martın 21-i üçün koronavirusa yoluxanların sayı 292 142 nəfərə çatıb.

"TASS"ın verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, sutka ərzində koronavirusa 26 mindən artıq insan yoluxub, 1600 nəfər isə virusdan ölüb. Dünyada koronavirusdan ölənlərin ümumi sayı 12784 nəfərə çatıb.

Bildilir ki, ən çox ölüm halları Avropa zonasında qeydə alınıb: 151 293 yoluxma və 7426 ölüm.

Yoluxma və ölüm hallarının çoxluğuna görə ikinci yerdə Qərbi-Sakit okean regionu, xüsusilə də Çin, Koreya Respublikası və Yaponiya qərarlaşıb. Bu regionda martın 21-i üçün 94 787 yoluxma və 3438 ölüm halı qeydə alınıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla