Valyuta məzənnəsi

Fransada fövqəladə vəziyyət elan ediləcək

09:55, 23.03.20
azerbaycan, dunya
Fransada fövqəladə vəziyyət elan ediləcək

Fransa parlamenti fövqəladə vəziyyət haqqında qanun layihəsini təsdiqləyib.

Fransa Milli Məclisi və Senatı (parlamentin aşağı və yuxarı palataları) ölkədə koronavirus epidemiyasının yayılması fonunda fövqəladə vəziyyətin tətbiq edilməsi barədə qanunun qəbul edilməsinin lehinə səs verib.

"TASS"ın verdiyi məlumata görə, qanun Fransa prezidenti Emmanuel Makronun imzasından sonra qüvvəyə minəcək.

Bildirilir ki, qanun qüvvəyə mindikdən sonra ölkədə fövqəladə vəziyyətin uzadılması üçün yeni qanunun qəbul edilməsi lazım olacaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla